
“gece.ws” xəbər verir ki, B qrupunda yer alan yığmamız ev sahibi Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarus Futbol Federasiyasının məşq meydançasında baş tutan gərgin mübarizə millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə və qalibiyyət qolunu oyunun 42-ci dəqiqəsində Əli Bəşirov rəqib qapısından keçirib.
Qeyd edək ki, millimiz bundan əvvəlki oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.