
“gece.ws” xəbər verir ki, millimiz üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.
Bununla da Aqil Nəbiyevin yetirmələri 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1. Penaltilərlə 4:2) seçmələri ilə qarşılaşıb.