Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz qələbəni son dəqiqədə əldən verdi
 
						Millimiz qələbəni son dəqiqədə əldən verdi
Əlavə olunub: 04.08.2025 | 23:03 | Baxılıb: 2239
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

“gece.ws” xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Jasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının 4-cü qrupunda 5 xalla ikincidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.