Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz Xorvatiyaya qarşı
 
						Millimiz Xorvatiyaya qarşı
Əlavə olunub: 04.15.2025 | 10:03 | Baxılıb: 1270
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son matçına çıxacaq.

“gece.ws” xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.