Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimizin üzvü intizamsızlıq etdi, komandadan uzaqlaşdırıldı
 
						Millimizin üzvü intizamsızlıq etdi, komandadan uzaqlaşdırıldı
Əlavə olunub: 04.07.2025 | 10:41 | Baxılıb: 1274
Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynli milli komandadan kənarlaşdırılıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “gece.ws”ya verilən məlumata görə, buna səbəb onun intizamsızlıq etməsidir. 

Baş məşqçi R.Hüseynlinin intizamsızlığına görə təcrübəli oyunçunu millidən uzaqlaşdırıb. 

Bundan başqa milli komandanın üzvləri Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.

Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.