Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 19:21 | Baxılıb: 2219
Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

“gece.ws” xəbər verir ki, sonuncu – 27-ci turda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib.

Həmin matçda Mingəçevir təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Onlar bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yiyələnərək Misli Premyer Liqasına vəsiqə qazanmaq uğrunda pley-off görüşündə iştirak etmək hüququ əldə ediblər.

Növbəti mövsümdə elitada oynamaq istəyən “Mingəçevir” pley-off mərhələsində “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma mayın 28-də baş tutacaq.

Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.