Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.08.2026 | 13:15 | Baxılıb: 2510
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.

“gece.ws” xəbər verir ki, hadisə Mingəçevir şəhərində “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.

İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.

Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.