Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.02.2025 | 11:40 | Baxılıb: 1009
Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşib.

“gece.ws” xəbər verir ki, sentyabrın 17-dən 21-dək Bolqarlstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı” , “Zirə” və “Aznur” komandaları təmsil edəcək. 

Artıq klublarımızın rəqibləri də məlumdur. Çempionlar Liqasının son qalibi olan təmsilçimiz “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq.

Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq. Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur”  G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.