“gece.ws” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Süleymaniyyənin Surdaş rayonunun sərhədindəki Cesena mağarasından çıxan qruplaşma üzvləri silahlarını onlar üçün ayrılmış ərazidə metal qazana atıblar.
Təhvil verilən silahlar arasında “Kalaşnikov” avtomatı, digər avtomat silahlar, raketatan və snayper silahları olub.
Türkiyədə 47 ildir minlərlə insanın həyatına son qoyan həmin silahların məhv edilməsi görüntülərini təqdim edirik: