Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.05.2025 | 09:38 | Baxılıb: 2257
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı açıqlama verib.

“gece.ws” xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, - deyə İ. Hacıosmanoğlu əlavə edib.

Qeyd edək ki, italyan məşqçi 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.