Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 17:38 | Baxılıb: 1396
Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.

“gece.ws” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanın Serbiyada Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş, Türkiyə vətəndaşlarının, bir Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlarla əlaqədar yayılan məlumatları diqqətlə izləyir:

“Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür”.

Diplomatik nümayəndəlik Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.