Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 17:20 | Baxılıb: 5977
Xəbər verdiyimiz kimi, Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

“gece.ws"in məlumatına görə, 63 yaşlı N.Yusifbəyli əmək fəaliyyətinə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru kimi başlayıb.

O, 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətində rəis, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə  “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində işləyib. 2002–2009-cu illərdə ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"in direktoru vəzifələrində çalışıb.

2012-ci ildən İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrini tutub.

2015-2020-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsində çalışıb.

2021-ci ildən isə hazırkı təyinatadək isə Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.

Ailəlidir, iki övladı var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.