“gece.ws” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Alyaskadakı danışıqlarda Ukrayna nizamlanması mövzusu dərindən müzakirə olunub. Lakin hesab edirik ki, hansısa təfərrüatı açıqlamaq məqsədəuyğun deyil, çünki nizamlanma maraqları baxımından indi diskret rejimdə işləmək vacibdir. Biz iki prezident arasında Alyaskada baş tutan söhbətin bütün təfərrüatlarını bilərəkdən açıqlamırıq”, - D.Peskov jurnalistlərə bildirib.
O əlavə edib ki, Putin və Trampın görüşü vaxtında baş tutmuş məzmunlu və çox konstruktiv görüş olub.