Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 13:32 | Baxılıb: 901
“Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndirir”.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ikitərəfli münasibətlərimizdə birlikdə səhifə açmağımıza kömək etmək baxımından çox vacib bir görüş idi”, -  Peskov əlavə edib.

Onun sözlərinə görə, liderlər görüş zamanı Rusiya İT mütəxəssislərinin Azərbaycanda narkotik qaçaqmalçılığı ittihamları ilə həbs olunmasını müzakirə ediblər: “Onlar işçi səviyyədə qaldırılır. Biz dialoqumuzu davam etdiririk”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.