Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 16:53 | Baxılıb: 2758
Moskva məhkəməsi ötən ilin aprelində dava zamanı Rusiya vətəndaşı Kirill Kovalyovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Şahin Abbasov barəsində hökm çıxarıb.

“gece.ws” “Kommersant”a istinadən xəbər verir ki, Ş.Abbasov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Onun qardaşı Şöhrət isə eyni cinayət işi üzrə 12 il müddətinə həbs edilib. 

Xatırladaq ki, hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaq məlumatına görə, Şahin Abbasov avtomobilini Krasnodar küçəsində evin qarşısında səkidə saxlayıb. Bu isə yerli sakin olan 24 yaşlı Kirill Kovalyovun etirazına səbəb olub və o, Ş.Abbasova öz narazılığını bildirib. Tərəflər arasında baş verən dava zamanı Şahin və qardaşı Şöhrət K.Kovalyova bıçaqla bir neçə zərbə endirib. Kovalyov aldığı yaralardan xəstəxanada vəfat edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.