
“gece.ws” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Belə ki, Rusiya paytaxtında havanın temperaturu müsbət 30 dərəcəyə çatıb ki, bu da mayın 20-si üçün 129 il əvvəl müəyyən olunmuş rekordu yeniləyib.
Qeyd edək ki, davam edən isti hava şəraiti ilə əlaqədar olaraq, mayın 18-dən 22-dək Moskva və Moskvaətrafı bölgədə narıncı xəbərdarlıq elan edilib. Moskva metropolitenində ardıcıl 3 gündür sərnişinlərə pulsuz su paylanması həyata keçirilir.