Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 12:37 | Baxılıb: 9668
Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib.

“gece.ws” xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Vurulmuş dronun “Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.