Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 16:53 | Baxılıb: 1317
Rusiyadan Azərbaycana uçmalı olan təyyarə gecikir.

“gece.ws” xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçmalı olan “Utair” şirkətinə məxsus Gəncə-Moskva aviareysi gecikir.

Rusiyanın paytaxtından 05:45-də yola düşməli, saat 12:00-da isə qayıtmalı olan təyyarə hələlik Moskvadakı hava limanından uçmayıb. Təyyarənin hansı səbəbdən gecikdiyi məlum deyil.

Gəncədən isə sözügedən reysi saat 20:45-ə təyin ediblər.

Məlumat üçün bildirək ki, təyyarədə təxminən 120 sərnişin yer alıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.