Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 10:42 | Baxılıb: 1711
Slovakiyanın Baş naziri Robert Fitso mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan paradda iştirak etməyəcək.

“gece.ws” SME portalına istinadən xəbər verir ki, bu barədə Robert Fitso özü bildirib. 

Bununla belə, Baş nazir həmin günlərdə Moskvaya səfər edəcəyini və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini söyləyib. Bundan başqa, Fitso slovak xalqı adından minnətdarlıq əlaməti olaraq “naməlum əsgər”in məzarına əklil qoyacaq.

“Mən hərbi paradda iştirak etmək niyyətində deyiləm”, - R.Fitso deyib.

Xatırladaq ki, daha əvvəl Slovakiya Baş nazirinin paradda iştirak etmək üçün Moskvaya səfər edəcəyi bildirilirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.