Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.21.2026 | 21:15 | Baxılıb: 1073
Qaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2104” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Qaxbaş kənd sakini, 1995-ci il təvəllüdlü Nail Tahir oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.