Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.20.2026 | 22:25 | Baxılıb: 7340
Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, 32 yaşlı İsayev Ramin Nürəddin oğlu idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan Ramin İsayev hadisə yerində ölüb.

Qeyd edək ki, R. İsayev zabit olub. Vətən müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş R.İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi.

O, müharibədən sonra “Hərbi xidmətlərə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Mərhumun 1 azyaşlı qızı yadigar qalıb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.