Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 21:53 | Baxılıb: 4278
Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən qeyri-adi yol qəzası görənləri təəccübləndirib.

“gece.ws” xəbər verir ki, avtomobillə toqquşan motosiklet zərbənin təsirindən havaya qalxaraq, işıqfor dirəyində tərs vəziyyətdə ilişib qalıb.

Hadisə Şimali Delta bölgəsində, Surrey-Delta sərhədi yaxınlığında yerləşən Skott Yolu (120-ci küçə) ilə 72-ci prospektin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, motosikletlə sedan tipli avtomobilin toqquşması nəticəsində motosiklet idarəetmədən çıxaraq işıqfor dirəyinə çırpılıb və dirəkdə asılı vəziyyətdə qalıb. Hadisə yerində yaranan mənzərə ətrafdakılar tərəfindən heyrətlə qarşılanıb.

Qəza zamanı ağır yaralanan motosiklet sürücüsü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Səlahiyyətli şəxslər onun həyatının təhlükədə olmadığını açıqlayıblar. Avtomobil sürücüsünün isə qəzadan xəsarətsiz xilas olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.