Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.28.2026 | 17:33 | Baxılıb: 2909
Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən “gece.ws”ya bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

***

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Amin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 511-ci (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qərara əsasən Amin 500 manat cərimələnib, əlavə olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüquqdan məhrum edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.