Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mourinyo milli komandaya rəhbərlik edə bilər
 
						Mourinyo milli komandaya rəhbərlik edə bilər
Əlavə olunub: 04.05.2025 | 05:05 | Baxılıb: 4982
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunu tərk edə bilər.

“gece.ws” xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, Braziliya millisi 62 yaşlı mütəxəssislə maraqlanır. 

Qeyd edək ki, daha əvvəl “pentakampeonlar”ın baş məşqçi postuna Karlo Ançelotti və Pep Qvardiolanın namizəd olduğu deyilirdi.

Xatırladaq ki, Mourinyo 2024-cü ilin yayından “Fənərbaxça”ya rəhbərlik edir. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilədək rəhbərlik etdiyi “Roma” olub. Klub onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub, eyni zamanda Avropa Liqasının finalına çıxıb edib.

Mütəxəssis əvvəllər “Benfika”, “Porto”, “Çelsi”, “Real”, “İnter”, “Tottenhem” və “Mançester Yunayted”ı çalışdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.