
“gece.ws” “The Touchline” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu"in rəhbərliyinə müraciət edərək eyni vaxtda bir neçə mövqeyin gücləndirilməsini tələb edib.
Mənbənin məlumatına görə, portuqaliyalı çalışdırıcı rəhbərlikdən ən azı 4 yeni futbolçunun transfer olunmasını istəyib.
Mourinyonun komandasında görmək istədiyi mövqelər aşağıdakılardır:
1. Bir və ya iki mərkəz müdafiəçisi;
2. Sağ cinah müdafiəçisi;
3. Bir və ya iki yarımmüdafiəçi;
4. Sağ cinah hücumçusu (vinger).
Xatırladaq ki, J. Mourinyo 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Sözügedən dövrdə o, komanda ilə İspaniya çempionluğu, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb. Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabonun “Benfika” klubu olub.