Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“gece.ws” xəbər verir ki, iyulun 28-i Şəbiyev Sahib Mahir oğlu Bəhruz Nuriyev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurmasından ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.