Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.27.2026 | 11:36 | Baxılıb: 5157
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılıb.

“gece.ws” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazovun namizədliyi irəli sürülüb.

Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi irəli sürülüb.

Müzakirələrdən sonra, məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.