
“gece.ws” xəbər verir ki, iclasın gündəliyinə MSK sədri, onun müavini və katiblərinin seçilməsi daxil edilib.
İclasda iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova MSK-nın yeni tərkibə seçilən namizədlərini təbrik edib.
O bildirib ki, ötən dövrdə MSK Seçki Məcəlləsinə əsasən öhdəliklərini uğurla həyata keçirib.
***
Mərkəzi Seçki Komossiyasının (MSK) yeni tərkibdə keçirilən ilk iclasında Rövzət Qasımov sədrin müavini seçilib.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov seçilib.
***
Yenidən MSK sədri seçilən Məzahir Pənahov deyib: “Doğrudur ki, Mərkəzi Seçki Komissiyasının ilk iclasını ən yaşlı üzv aparmalıdır. MSK-ya cavan yaşda başlamışdım. Seçki Məcəlləsinə əsasən, MSK-nın ilk iclasında sədr, müavinlər və katiblər seçilməlidir.
MSK-nın formalaşdırılmasını təsdiq edən Milli Məclisə və sədr seçilməyimə səs verən üzvlərə təşəkkürümü bildirirəm”.
Nuranə Daxilqızı