Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.21.2026 | 15:11 | Baxılıb: 2473
Ağsu rayonunda torpaq sürüşməsi qeydə alınıb.

“gece.ws"in məlumatına görə, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun mühafizə zolağında torpaq sürüşməsi yaranıb, dərin yarğanlar əmələ gəlib. Hərəkət hissəsində isə hər hansı problem müşahidə olunmur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə,  sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. 

Bildirilir ki, aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib.

Əlavə edilib ki, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda bayram günləri ilə əlaqədar olaraq paytaxtdan regionlara doğru nəqliyyat axını artıb və sözügedən istiqamətdə də avtomobil sıxlığı müşahidə olunur.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.