Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.08.2026 | 10:07 | Baxılıb: 4037
“Müharibəni 6 ay davam etdirə bilərik”.

“gece.ws” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini deyib.

O, açıqlamasında İranın əməliyyat tempini qorumaqla, ən azı 6 ay davam edən gərgin bir müharibəni davam etdirə biləcəyini bildirib.

Naini əməliyyatların ABŞ və İsrail hədəflərinə yönəldildiyini qeyd edib:

“200-dən çox hədəf ABŞ və İsrail bazalarına və obyektlərinə yönəldilib. İranın atəş gücünün təxminən 60 faizi bölgədəki ABŞ bazalarına, 40 faizi isə İsrail hədəflərinə yönəldilib”.

Sözçü əlavə edib ki, indiyə qədər əməliyyatlarda, əsasən, birinci və ikinci nəsil raketlərdən istifadə olunub və gələcək mərhələlərdə daha inkişaf etmiş, uzaqmənzilli raketlərlə yeni hücum strategiyası tətbiq ediləcək.

Naini həmçinin müharibəni planlaşdıranlarının səhvlərinə toxunub:

“Müharibəni planlaşdıranlar İran liderinə sui-qəsd edildiyi təqdirdə ölkənin 48 saat ərzində dağılacağını, müharibənin yalnız 3 gün davam edəcəyini və İran əleyhinə regional və beynəlxalq koalisiyanın yaradılacağını gözləyirdilər. Lakin onlar bu hesablamalarda tamamilə yanıldılar”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.