Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.12.2026 | 21:36 | Baxılıb: 2849
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları sürətlə yekunlaşdırmaq barədə bəyanatlarına cavab verib.

“gece.ws” xəbər verir ki, Əli Laricani özünün “X” hesabında Trampın müharibə strategiyasını tənqid edərək, bu prosesin asan olmayacağını vurğulayıb:

“Tramp “biz bu müharibəni tez qazanmalıyıq” deyib. Amma savaşı başlatmaq asan olsa da, onu bir neçə tvitlə yekunlaşdırmaq mümkün deyil. Amerikadan fərqli olaraq, İran uzunmüddətli müharibəyə hazırdır”.

Laricani münaqişənin bitməsi üçün Tehranın əsas şərtini də açıqlayıb. O bildirib ki, ABŞ tərəfi öz səhvlərini etiraf edib buna görə cavab verməyənə qədər İran geri çəkilməyəcək.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar fonunda bölgədə gərginlik pik həddə çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.