
“gece.ws” xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” və son Almaniya çempionu “Bavariya” klubları rəhbərlik edirlər.
Məlumata görə, mundialda rekord sayda – 19 futbolçu ilə təmsil olunacaq “Mançester Siti” bu göstəricidə mütləq liderdir. Münxen təmsilçisi isə ingilislərdən cəmi bir oyunçu geri qalaraq Şimali Amerikaya 18 futbolçu göndərib.
İlk üçlüyü Çempionlar Liqasının 2025/26 mövsümünün finalçıları olan Fransa PSJ-si və Londonun “Arsenal” klubu tamamlayır. Hər iki komanda dünya birinciliyində 16 oyunçu ilə təmsil olunacaq.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-də start götürəcək və tarixdə ilk dəfə olaraq eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Sözügedən mundialda ilk dəfə 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.