Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.30.2026 | 13:36 | Baxılıb: 2981
Türkiyəli  məşhur aktyorlar Ozan Güvən və Mehmet Aslantuğ İstanbulun Kadıköy rayonundakı bir məkanda etirazla qarşılaşıblar.

“gece.ws” xəbər verir ki, Ozan Güvənin məkanda olduğunu görən bəzi müştərilər onun keçmiş sevgilisi Dəniz Bulutsuza qarşı zorakılıq işi ilə bağlı etirazlarını ifadə ediblər.

Qısa müddətdə digər müştərilərin də qoşulduğu etiraz nəticəsində məkanda gərginlik yaranıb.

Şahidlərin sözlərinə görə, Mehmet Aslantuğ etiraz edənləri sakitləşdirməyə çalışsa da, bu cəhdlər nəticə verməyib.

Məlumata görə, təxminən bir saat davam edən gərginlikdən sonra Ozan Güvən və Mehmet Aslantuğ məkanı tərk ediblər.

Qeyd edək ki, Ozan Güvənin keçmiş sevgilisi Dəniz Bulutsuza qarşı zorakılıq işi ilə bağlı ona verilmiş həbs cəzası apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılıb. Hadisənin yenidən gündəmə gəlməsi Kadıköydəki etirazların əsas səbəbi kimi göstərilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.