Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2025 | 15:37 | Baxılıb: 1971
Biz nə qədər müdafiə sistemini gücləndiririksə, anlamalıyıq ki, hücum sistemləri də inkişaf edir. Sadəcə olaraq ayıq olmalıyıq”. 

“gece.ws” xəbər verir ki, bunu deputat Rasim Musabəyov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

“Biz texniki məsələləri mütəxəssislərə saxlasaq da, bunu siyasi tərəfləri də var. Rusiya ərazisindən Azərbaycana kiberhücum əslində qəbulolunmazdır. Çünki bizim Rusiya ilə müqaviləmiz var. Kiberhücumlar əslində hərbi hücumla bərabər təxribat kimi qiymətləndirilir.

Fərz edirəm ki, müvafiq qurumlar Rusiya ilə bu məsələni müzakirə etməlidir. Çünki təkrarlanacağı halda konkret olaraq siyasi səviyyəyə qaldırıla bilər”, - deyə deputat qeyd edib.

Nuranə Daxilqızı 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.