“gece.ws” xəbər verir ki, bu haqda “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Trampla telefon danışığından sonra Avropa liderləri arasında narazılıq və məyusluq artıb.
Bildirilir ki, onlar ABŞ prezidentinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir.
O da məlum olub ki, koalisiya üzvləri anti-Rusiya sanksiyalarının tətbiqi məsələsi ilə bağlı İşçi qrupun yaradılması üçün Vaşinqtona öz nümayəndələrini göndərməyi təklif ediblər.
Qeyd edək ki, sentyabrın 4-ü Parisdə Kiyevin təhlükəsizliyinə zəmanət verməklə bağlı “könüllülər koalisiyası” iclas keçirib.