Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.09.2026 | 22:05 | Baxılıb: 9555
ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin İranın yeni Ali Rəhbəri seçilməsinə kəskin reaksiya verib.

“gece.ws” “Fox News” telekanalına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu təyinatdan ciddi narazılığını ifadə edib.

Qeyd edək ki, Tramp jurnalist Brayan Kilmidə verdiyi açıqlamada sözügedən təyinatla bağlı sadəcə “narazıyam” deməklə kifayətlənib.

Xatırladaq ki, martın 9-da İranın Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni Ali Rəhbəri seçib. Həmin təyinat ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları fonunda baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.