
“gece.ws” xəbər verir ki, Fransa lideri “X”də etdiyi paylaşımı rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəfatının ildönümünə həsr edib.
“Dünya iki il əvvəl xatirəsini hörmətlə yad etdiyim Aleksey Navalnının ölümü barədə öyrəndi. O zaman mən onun ölümünün Kremlin zəifliyinin və istənilən rəqibdən qorxusunun açıq-aşkar sübutu olduğuna əminliyimi ifadə etmişdim. Bu gün bəllidir ki, bu, qəsdən edilmişdi. Həqiqət hər zaman sonda qalib gəlir, ədalətin də zəfər çalmasını gözləyirik”, - Fransa prezidenti yazıb.
Xatırladaq ki, A.Navalnı 2024-cü il fevralın 16-sı həbsxanada vəfat edib. Rusiyanın müvafiq qurumları siyasətçinin təbii səbəblərdən öldüyünü bildirib. Bir neçə gün öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya müxalifət liderinin zəhərli ox qurbağası toksinindən (batrakotoksin - red.) əldə olunan maddə ilə öldürüldüyünü açıqlayıb.