Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2026 | 16:48 | Baxılıb: 1041
Naxçıvanda III “Qərbi Azərbaycana Qayıdış” festival-konqresi keçiriləcək.

“gece.ws” xəbər verir ki, ilk tədbiri Naxçıvan şəhərində, ikinci tədbiri isə Batabat yaylağı ərazisində baş tutan layihənin növbəti dayanacağı Ordubad şəhəri olacaq.

Konqres çərçivəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Proqramda panel müzakirələr və elmi təqdimatlar əsas yer tutur.

Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri nümayiş olunacaq və ictimai həmrəyliyə təşviq edən tədbirlər keçiriləcək.

Qeyd edək ki, “Qərbi Azərbaycana Qayıdış” Festival və Konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.