Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.27.2026 | 10:13 | Baxılıb: 1072
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb.

“gece.ws” xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəzada yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.

Şahin Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.