Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir - Video
 
						Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir 
							 - Video
Əlavə olunub: 06.07.2023 | 10:57 | Baxılıb: 3216
Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub. 

“gece.ws” xəbər verir ki, bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb. 

Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq. 

Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər. 

Həmin süjeti təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.