Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.20.2026 | 11:39 | Baxılıb: 3431
Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “99-TE-303” dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində kənd sakinləri – 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.