Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 12:23 | Baxılıb: 2174
“Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.