Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.26.2026 | 15:07 | Baxılıb: 1121
“Neftçi” 3 futbolçusu ilə yollarını ayırıb. 

“gece.ws” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin arasında başa çatan müqavilələr yenilənməyib. 

Qeyd edək ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.