Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.20.2026 | 12:45 | Baxılıb: 1582
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

“gece.ws” xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Zirə” də növbəti raunddakı potensial rəqiblərini öyrənəcəklər. 

Hər iki klub püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

“Neftçi” hazırda II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “Zirə” isə Estoniyanın “Payde” komandası ilə mübarizə aparır.

“Neftçi” növbəti mərhələdə “Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan), “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya), AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail) və “Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo) cütlərinin qaliblərindən biri ilə qarşılaşa bilər.

“Zirə”nin mümkün rəqibləri isə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya), “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Valletta” (Malta), “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) və “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütlərinin qalibləri olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.