Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi” “Şamaxı” səfərində üç xal qazandı
 
						“Neftçi” “Şamaxı” səfərində üç xal qazandı
Əlavə olunub: 04.07.2025 | 17:29 | Baxılıb: 1313
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edib.

“gece.ws.az” xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 0:2.

Qonaqların ilk qolunu 42-ci dəqiqədə Ramil Şeydayev penalti ilə vurub. Matçın sonlarına yaxın – 89-cu dəqiqədə isə Filip Ozobiç fərqlənərək hesabı müəyyənləşdirib.

Bu nəticə ilə 35 xala yüksələn “Neftçi” turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. 28 xalı olan “Şamaxı” isə 8-ci sırada qərarlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.