Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 17:42 | Baxılıb: 1153
Misli Premyer Liqasında XXII turun növbəti qarşılaşması baş tutub.

“gece.ws” xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından birində “Neftçi” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib.

Gərgin keçən mübarizə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran paytaxt klubu turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Meydan sahibi “Şamaxı” isə 26 xalla 8-ci yerdədir.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Kəpəz” öz meydanında “Sumqayıt”ı darmadağın edib (3:0), “Zirə” isə “Araz-Naxçıvan”ı minimum hesabla (1:0) məğlub edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.