Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Neftçi” Venesuela millisinin üzvünü transfer etdi
 
						“Neftçi” Venesuela millisinin üzvünü transfer etdi
Əlavə olunub: 07.15.2025 | 16:26 | Baxılıb: 911
“Neftçi” növbəti transferini reallaşdırıb.

“gece.ws” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.

Qeyd edək ki, o, Venesuela milli komandasında 3 oyun keçirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.