Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.03.2025 | 20:04 | Baxılıb: 1119
2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“gece.ws” xəbər verir ki, sözügedən klub ötən mövsümü “Neftçi”də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.

Təcrübəli müdafiəçi 3 nömrəli formada çıxış edəcək.

2020/21 mövsümündə “Sumqayıt”la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm bu komandanın şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.