
“gece.ws” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 20 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.
Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.