Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.17.2026 | 16:23 | Baxılıb: 4013
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

“gece.ws” verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibi bilinəcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alacaq “Neftçi”nin potensial rəqibləri:

“Braqa” (Portuqaliya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Rapid” (Avstriya), “Panatinaikos” (Yunanıstan), “Ludoqorets” (Bolqarıstan), FKSB (Rumıniya), “Rakuv” (Polşa), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Başakşəhər” (Türkiyə), “Riyeka” (Xorvatiya), “ÇFR Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Hradets-Kralove” (Çexiya), "Avstriya" (Avstriya), “Katovitse” (Polşa), "Vaduts" (Lixtenşteyn), “Norşellann” (Norveç), “Tobol” (Qazaxıstan), “Apollon” (Kipr), “Hibernian” (Şotlandiya), “Torshavn” (Farer adaları) və “Syon” (İsveçrə).

Daha 13 komanda ilk raundun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-u keçiriləcək.

***

“Neftçi”nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bakı təmsilçisi bu mərhələdə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.